LAYİHƏLƏR
Regional infrastrukturun inkişafı məqsədilə, diqqətlə hazırlanmış layihələr - İnteqrasiya edilmiş Şimal-qərb və Şimal mərkəzlərinin inşası demək olar ki, yekunlaşma mərhələsindədir.
Yeni bağların salınması məqsədilə torpaqların hazırlanması, orada suvarma sistemi, saxlama məntəqələri və avadanlıqlara qulluq vasitələri kimi köməkçi obyektlərin inşası müntəzəm olaraq davam etdirilir.
Yeni fındıq emalı zavodu, soyuducu anbarları və keyfiyyətə nəzarət laboratoriyasını özündə birləşdirən Şimal-qərb Mərkəzi seysmik aktiv zona hesab edilən Zaqatala rayonunda yerləşdiyindən, layihələndirmə bu məqamları nəzərə alınmaqla işlənilib.
Tikinti işləri müasir həllər tətbiq edən təcrübəli inşaat şirkətləri tərəfindən aparılır.
Yeni zavodun avadanlıqları sektorun aparıcı İtalyan şirkəti tərəfindən quraşdırılır.
Atmosferə nəzarət sistemli soyuducu anbarları analoji həllər üzrə çox illik təcrübəyə malik Alman şirkəti tərəfindən quraşdırılır.
"Agrarco" MMC Qusar rayonunda 4 hektar ərazidə Şimal Mərkəzi yaratmışdır. Mövcud və yeni bağlara, eyni zamanda digər müştərilərə xidmət göstərən bu kompleks, atmosfer nəzarətli soyuducu anbarlardan, meyvələrin çeşidlənməsi və saxlanması üçün binadan, müxtəlif növ yarımfabrikat və hazır məhsullar istehsal edən müəssisədən ibarətdir.
Garadağ Soyuducu Anbarı
Bakıda distribusiyanın təşkili məqsədilə, "Agrarco" MMC Qaradağ rayonunda tutumu 2500 ton olan soyuducu anbarın inşasını başa çatdırdı. Anbar meyvə çeşidləmə xətlərindən və soyuducu kameralardan ibarətdir. Kameralar yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunub.
Gələcəkdə, ehtiyac yarandıqca, bu tip soyuducu anbarların tikintisi davam etdiriləcək.